Qaradağ rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında sahibkarların şikayət və təklifləri dinlənilib. Bu haqda BakuPlus.az bu gün, 23 mart tarixində Azəriqazın mətbuat xidmətinə istinadən xəbər verir.
“Azəriqaz” İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev Qaradağ sahibkarları ilə keçirilən görüşdə çıxış edib.
Sahibkarların problem və təkliflərini səsləndirmələri üçün “Səyyar qəbul otağı” onların ixtiyarında olub.
Suallarla bağlı sahibkarlara izahatlar səsləndirilib və bəzi məsələlərin həlli üçün yerindəcə tapşırıqlar verilib.
Bu görüş ümumilikdə 48-ci, sahibkarlarla isə 24-cü görüşdür.
[caption id="attachment_37999" align="alignnone" width="800"]
Foto Azəriqaz İB-nin rəsmi Facebook səhifəsi[/caption]