Bakının Qaradağ rayonunda qazın verilişi dayandırılacaq. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Fasilə “Qaradağ-Xırdalan” yüksəktəzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş kəmərin birləşdirilməsi ilə əlaqədardır.
Aparılan işlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi və Şıx ərazisində işlər başa çatanadək qaz təchizatında məhdudiyyət yaranacaq.