Qaradağ rayonu, Korgöz qəsəbəsində yollar bərbad vəziyyətdədir. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Məktəbli tərəfindən çəkilən görüntülərdə su basmış yollar, palçıq və gölməçələr görünür.
“Bura məktəbə gedən yollarımızdır. Yağış yağan kimi vəziyyət belə olur. Məktəbə gedən zaman ayaqlarımız su, geyimlərimiz isə palçıq olur. Kənd nümayəndələri isə deyirlər: “Bizlik deyil”, – deyə şagird qeyd edib.
Həmin videogörüntülər:
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/12/sequence-01_15.mp4"][/video]