Paytaxtın Qaradağ rayonu, Qızıldaş və Korgöz qəsəbələrində avtomobil yolları bərbad vəziyyətdədir. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
İllər öncə çəkilmiş asfalt örtüyünündən heç nə qalmayıb. Yağıntılı havada Təcili yardım və taksilər küçələrə girə bilmir.
Şagirdlər məktəbə getmək üçün iki ayaqqabıdan istifadə etməyə məcbur olurlar.
Mənzil kommunal təsərrüfat birliyinin sədri Namizəd İsmayılov məsələ ilə bağlı bildirdi ki, rayonun Qızıldaş və Korgöz qəsəbələri ilə yanaşı daha 9 qəsəbənin yol problemləri bu ilin 2-ci rübündən başlayaraq həllini tapacaq.