Qaradağ rayonunun Lökbatan qəsəbəsində abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Seymur Orucov küçəsi, 1 saylı binanın həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilib.
Ətraf ərazilər abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılıb. Çoxmərtəbəli yaşayış binalarının fasadları və giriş qəfəsləri təmir edilib.
Şüşələnmə və boyaq işləri görülüb, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılıb. Eləcə də binaların dam örtüyü yenilənib.
2200 kv.m asfalt örtüyü döşənib və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilib. 650 kv.m divar hörülüb, 800 kv.m suvaq işi görülüb, 6 ədəd küçə işığı quraşdırılıb, 664 kv.m aqlay salınıb, 319 kv.m bordür salınıb. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2600 kv.m rənglənmə işləri aparılıb.