Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin, Kötəl, Şıxlar, Təzəkənd və Bağlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu haqda bu gün, 3 noyabr tarixində “Azəriqaz” İB-nin mətbuat xidməti məlumat verib.
Fasilə təmir işləri səbəbindən yaranıb. 4 noyabr saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərə qazın nəqlinin dayandırılacaq.