Paytaxtın Qaradağ rayonunun yeni tikili binalarının ərazisində neçə vaxtdır ki, antisanitariya hökm sürür. Burada zibil qutuları olsa da, bəzi sakinlər zibili yaxınlıqdakı xəndəyə atır. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az məlumat təqdim edir.
Qəsəbənin Seymur Orucov küçəsində yerləşən zibil qutuları mütəmadi olaraq təmizlənsə də, onların yanında yerə atılan zibil illərdir ki iri çuxurda yığılır.
Sakinlərin sözlərinə görə, bu, evsiz heyvanların, siçovulların oraya toplanmasına gətirib çıxarır ki, bu da öz növbəsində infeksiyaların yayılmasına səbəb ola bilər.
[caption id="attachment_32366" align="alignnone" width="800"]
BakuPlus.az[/caption]