Bakının Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 556/57 ünvanında yerləşən dönərxananın fəaliyyəti nöqsanlara görə dayandırılıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
AQTA-nın əməkdaşları İlqar Məmmədova məxsus dönərxanada plandankənar yoxlama keçiriblər. Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
Nöqsanlarla əlaqədar protokol tərtib edilib, iaşə obyektinin fəaliyyətinə qadağa qoyulub.