Qaradağ rayon sakinləri su problemi ilə bağlı şikayətlənirlər. Bu haqda 6 iyun tarixində Oxu.az məlumat verib.
Lökbatan qəsəbəsi, “Qobu Park 2” və “Qobu Park 3” yaşayış komplekslərində içməli suyun verilməsində problem yaşanır. Ötən gün günorta saatlarından suyun verilməsində ciddi problemlər yaranıb.
“Azərsu” ASC binada suyun olmamasını təsdiqləyib.
“Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park 2” və “Qobu Park 3” yaşayış komplekslərində suyun verilişi dayandırılıb. Anbara su toplanır, nasos stansiyası işə salınacaq”, - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.