Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan sakinlər yollardan narazılıq edirlər. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Palçıqlı, gildən ibarət olan yollardan nə piyadalar, nə də avtomobillər rahat istifadə edə bilir. Yağışlı havadan sonra gölməçəyə çevrilən yollarla şagirdlər də sabah məktəbə gedəcəklər.
Sakinlər yolla yalnız uzunboğaz çəkmə ilə keçməyin mümkün olduğunu deyirlər.