Bakıda qohumunu maşınla əzən şəxs barəsində açıqlama verilib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Daxili İşlər Nazirliyindən qudaların davası ilə bağlı açıqlama verilib. Bildirilib ki, hadisə cari ilin aprel ayında baş verib:
“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”, – deyə qurum qeyd edib.
Ötən gün sosial şəbəkələrdə 2 qohumun əlbəyaxa dalaşması ilə bağlı görüntülər yayılmışdı.