Bakıda vətəndaşların saxta sənədlə evləri satılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Xətai rayonunda evlərini rəsmi notarial qaydada kirayə verən Rəhim İsmayılov və Turan Nəbilinin evləri saxta sənədlə satılıb. Belə ki, dələduzlar kirayə qaldıqları evə Rusiyada saxta etibarnamə düzəldib və beləliklə evi öz adlarına keçirərək satıblar.
“Bizə dedilər ki, evi satmışıq, özümüz də Rusiyaya qaçmışıq”, – deyə zərərçəkən qeyd edir.
Hazırda məsələ məhkəmədədir. Araşdırmalar davam edir.