Suraxanı rayonu, Ramana qəsəbəsində abadlıq işləri yarımçıq aparılıb. Bu haqda bu gün, 28 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Belə ki, qəsəbədə əsas yolların asfaltlanmasına baxmayaraq, ara küçələr nəzərə alınmayıb. Sakinlər öz iradlarını bildirsələr də, heç kim onlara məhəl qoymayıb.
“Bizə deyirlər: “Asfaltımız artıq qalsa, sizin küçələrə də çəkəcəyik. Bunu edirik, siz şükür edin”. Kimə şikayət edirik, deyirlər ki, baxarıq”, - deyə sakinlər bildirirlər.
Suraxanı Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildiriblər ki, təmir işləri tam yekunlaşmayıb. Yararsız vəziyyətdə olan küçələr də yaxın vaxtlarda asfaltlanacaq.