Sabunçu rayonu, Ramana qəsəbəsində növbəti küçə təmir olunur. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri qəsəbənin Cabir Novruz küçəsində aparılır. Torpaq yol olan küçədə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb. Daha sonra yeni yol əsası işlənilib.
Hazırda əraziyə yeni asfalt örtüyü vurulur.
[caption id="attachment_122026" align="alignnone" width="640"]
Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi[/caption]