Paytaxtda çay festivalı start götürüb. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az “culture.baku” İnstagram səhifəsinə istinadən xəbər verir.
“ÇayFest” adlı tədbir İçərişəhərdə, Qoşa Qala qapısının qarşısında baş tutur. Burada musiqi, rəqs, hədiyyələr və bol əyləncəli anlar təşkil olunur.
Tədbir mayın 26-na qədər saat 10:00-20:00 arası davam edəcək.
Giriş sərbəstdir.