Azərbaycan Gəncləri Günü münasibətilə Bakının İçərişəhərində, Qoşa Qala Qapısının yanında 1 fevral saat 11:00-dan etibarən əyləncəli tədbir nəzərdə tutulub. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az məlumat verir.
Festival Bakı Gənclər Mərkəzi tərəfindən həyata keçirilir.
Tədbirdə əyləncəli və intellektual yarışlar, süpriz qonaqlar, əl işləri, müxtəlif master-klaslar təşkil ediləcək.