Yasamal rayonunda binanın təhlükəli girişi problemlər yaradır. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət rayonun General Akim Abbasov, 7 ünvanından gedir. Belə ki, beşmərtəbəli yaşayış binasının girişinə yuxarıdan daim beton daşlar tökülür. Bundan əlavə, bloklar və zirzəmi bərbad vəziyyətdədir.
“Zirzəmi su içindədir, pilləkənlər çöküb, hər gün nəsə ola bilər. Bloka qorxa-qorxa giririk. Neçə ildir vəziyyət belədir”, - deyə sakinlər şikayət edirlər.
Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildiriblər ki, binanın 60 yaşı var və təmir olunmalıdır. Bununla bağlı müvafiq orqanlara artıq müraciət göndərilib. Vəsait ayrılan kimi bina tam təmir olunacaq.