top
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
01 iyul 2025, 08:41
- +

Ruben Vardanyanın məhkəməsi davam etdirilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 1-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiə edən vəkili Avraam Berman məhkəməyə müraciət edib. Bildirib ki, iyunun 23-də məhkəmə kollegiyası protokolla tanış olmaq üçün ona və təqsirləndirilən şəxsə şərait yaradıb və onlar cari il fevralın 13-də və 17-də keçirilmiş məhkəmə iclaslarının protokolları ilə tanış olublar. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokolda öz əksini tapmış qərarla tanış olmaq istəyirlər. Müdafiə tərəfi, eyni zamanda, həmin tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarların çıxarışının da onlara verilməsini xahiş edib.

Təsirləndirilən Ruben Vardanyan da vəkilinin müraciətini müdafiə edib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisi hansı sənədlərlə tanış olmaq istəyibsə, məhkəmə bunun üçün onlara şərait yaradıb, yenə də əvvəl olduğu kimi, şərait yaradılacaq.

Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.

Əvvəlcə zərərçəkmiş şəxs Sərxan Köklərovun hüquqi varisi qismində tanınmış qardaşı Absaləddin Köklərov ifadə verib. O, qardaşının Ağdərədə Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını, 5 gün sonra hospitalda dünyasını dəyişdiyini deyib.

Hüquqi varis qismində tanınmış Tahir Qasımov ifadəsində övladı Hacıəli Qasımovun Xankəndi şəhəri yaxınlığında snayperlə vurulduğunu, Respublika Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətində qaldığını, 4 ay sonra vəfat etdiyini söyləyib.

Zərərçəkmiş şəxs Mirzəhəsən Səfərəliyev Ağdamda düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında isə o qeyd edib ki, həmin vaxt yaxınlığındakı 5 nəfər də yaralanıb, bir nəfər isə snayper atəşi nəticəsində həlak olub.

Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindən xəsarət aldığını bildirib.

Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında qeyd edib ki, Ağdam rayonunda düşmən tərəfindən açılmış atəşlər nəticəsində o və yanındakı bir neçə şəxs yaralanıb, bir neçə nəfər isə həlak olub.

Digər zərərçəkmiş şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabad kəndi istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını söyləyib.

İbrahim Hüseynov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində qəlpə yarası aldığını söyləyib.

Zərərçəkmiş Ərəsdun Müftəliyev Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarətlər aldığını deyib.

İfadə verən Elçin Pıçaxov Xocavənd istiqamətində odlu silahdan açılmış atəş nəticəsində yaralandığını, müalicəsinin hələ də davam etdiyini diqqətə çatdırıb.

Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində yaralandığını, həmin vaxt Toğrul Osmanlının və Altay Əhədovun da düşmən atəşi nəticəsində xəsarət aldıqlarını söyləyib.

Həmzə Mahmudov Xocalıda olan zaman artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını bildirib.

Digər zərərçəkmiş Azad Məmmədov isə dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəli kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə qumbaraatan mərmisinin partlaması nəticəsində yaralandığını deyib. O, aldığı xəsarətlərə görə 6 ay yataq xəstəsi olduğunu qeyd edib.

Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər istiqamətində yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, həmin vaxt düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin açdıqları atəş nəticəsində xəsarət aldığını deyib.

Nurlan Zeynalov Xocalıda düşmənin atdığı atəş nəticəsində sol ayağından yaralandığını söyləyib.

Şəmsi Nəbiyev ifadəsində Xocavənddə artilleriya atəşi nəticəsində yaralandığını vurğulayıb.

Digər zərərçəkmişlər Rahid Cəfərov, Samir Novruzov, Asiman Məmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov, Aydın Tanrıvediyev, Valeh Mirzəliyev ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, o, Ağdərə rayonunun Canyataq kəndi ərazisində snayper atəşi nəticəsində xəsarət alıb.

Güloğlan Əmiraslanov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindən atılmış “Faqot” tank əleyhinə idarə olunan raketin partlaması nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonunun Əliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zaman o qeyd edib ki, hadisə zamanı yanında olan Allahverdi Səfiyev və Elnur Kərimov həlak olublar.

Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Rahib Məmmədov Kəlbəcərdə düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində xəsarətlər aldığını söyləyib.

İfadə verən digər zərərçəkmiş şəxslər Rahil Xəlilov, Tural Səmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə açdığı atəş nəticəsində yaralandıqlarını söyləyiblər.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 8-də təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Xəbər
Dünən, 16:56

Bakıda dağılan "tarixi malikanə"nin fotosu süni intellektlə yaradılıb - RƏSMİ

Xəbər
Dünən, 11:58

Hamilə qadın şkafda gizləndi, sevgilisini BIÇAQLADI

Sabunçu
Dünən, 10:49

Ata qızı telefonla oynadığı üçün döydü, qızı isə onu polisə verdi

Xəbər
Dünən, 10:04

Şəhid jurnalistlərin anım günüdür

Xəbər
03 iyun 2026, 18:00

Yasamalda velosipedləri oğurlayan iki qardaş TUTULDU

Xəbər
03 iyun 2026, 16:43

Bakıda hoteldə adamı döydülər, bahalı telefonunu əlindən aldılar

Xəbər
03 iyun 2026, 15:51

Tanınmış simalar Horovlu kəndində…  - VİDEO

Xəbər
03 iyun 2026, 14:23

Xalq artisti: "Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, sonra ailə qursunlar"

Xəbər
03 iyun 2026, 13:13

Sabah Bakıda 27 dərəcə isti olacaq

Xəbər
03 iyun 2026, 11:31

Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi

Xəbər
03 iyun 2026, 10:50

Bakıda gözəllik salonlarına qənim kəsilən gənc həbs edildi

Xəbər
03 iyun 2026, 09:58

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Xəbər
02 iyun 2026, 18:00

Sabahın hava proqnozu

Xəbər
02 iyun 2026, 17:30

Bakıda neft şirkətinin əməkdaşı iş yerində öldü

Xəbər
02 iyun 2026, 17:00

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Xəbər
02 iyun 2026, 16:30

"Sabah" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Xəbər
02 iyun 2026, 16:24

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü?- ŞOK DETALLAR

Xəbər
02 iyun 2026, 15:30

Keçmiş arvadını dayısı oğlu ilə birgə oğurladı, şillə-təpiklə döydü

Xəbər
02 iyun 2026, 14:37

Bakıda marketə BASQIN: Satıcını döyüb malları apardılar - VİDEO

Xəbər
02 iyun 2026, 13:49

Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir

Xəbər
02 iyun 2026, 13:46

Bakıda binadan yıxılan gənc qız SAĞ QALDI

Xəbər
02 iyun 2026, 11:55

Akademik Musiqili Teatrda "Balaca şahzadə" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub

Xəbər
02 iyun 2026, 10:34

Masazırda yüzlərlə həyəti su basıb

Xəbər
02 iyun 2026, 09:32

Bakıda faciə: Qatar kişini vurub öldürdü

Oxşar xəbərlər