Bakıda uşaqlar üçün “Transformers” şousu baş tutacaq. Bu haqda bu gün, 25 mart Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Tamaşa martın 30-da Bakı Rus Dram Teatrının səhnəsində göstəriləcək. Tədbirdə maraqlı səhnələr, həyəcanlı macəralar və unudulmaz emosiyalar almaq mümkün olacaq.
Şou saat 12:00-da və 15:00-da təşkil olunacaq. Biletləri onlayn və şəhərin kassalarından əldə etmək mümkündür. Qiymətlər 5-22 manat aralığında dəyişir.