Səbail rayonunda sakinlər hər gün təhlükə ilə üzləşirlər. Bu haqda 18 aprel tarixində Bakuplus.az-a məlumat daxil olub.
Seymur Məmmədov küçəsində sakinlər piyadalar üçün səkilərin olmamasından gileylənirlər. Beləliklə, sakinlər yolun hərəkət hissəsi ilə getməli olurlar.
“Bu yolda çoxlu maşın hərəkət edir və səkilərin olmaması bizə çətinlik yaradır. Səki çəkilməsini xahiş edirik”, - deyə vətəndaşlardan biri bildirib.
[caption id="attachment_41100" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]