Bakının Səbail rayonunda yüksək gərginlikli kabellər dəyişdirilir. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az məlumat verir.
Elektrik naqilləri yerin altından çəkilir. İşlər hazırda Badamdar şosesində, “Avis” tibbi marketinin önündə aparılır.
Ümumilikdə qəsəbədə köhnəlmiş bütün elektrik xətlərinin dəyişdirilməsi nəzərdə tutulub.