Bakı , Səbail rayonu, 162 nömrəli tam orta məktəbinin bir sinifi distant təhsillə keçib. Bu barədə 5 oktyabr tarixində Report xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, bu gün 162 nömrəli tam orta məktəbinin 8 ç sinfinin 3 şagirdi COVİD-19 infeksiyasina yoluxub. Bu səbəbdən 6 oktyabr tarixindən sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.
Qeyd olunub ki, 162 nömrəli məktəbdə çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub.