Səbail rayonunda yerləşən “Vətən bağı” adlanan park bərpa ediləcək. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az İcra Hakimiyyətinə istinadən xəbər verir.
Rayon icra başçısı Vüqar Zeynalov Ö.F.Nemanzadə küçəsində baxımsız vəziyyətdə olan istirahət guşəsinə baxış keçirib. O, abadlıq və yenidənqurma işlərinin planlaşdırılması ilə bağlı aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.