Səbail və Yasamal rayonlarında qanunsuz tikintilərin qarşısı alınıb. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Səbail rayonu, Bayıl qəsəbəsində və Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B ünvanında qanunsuz tikintilər aşkar edilib. FHN-in əməkdaşları tərəfindən inşaatın işlərinin qarşısı alınıb və obyektlər sökülüb.
Araşdırmalar davam edir.
[caption id="attachment_106544" align="alignnone" width="640"]
Foto FHN[/caption]