Səbail rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq-təmizlik işləri çərçivəsində rayon ərazisində yerləşən prospekt və küçələrdə, park və xiyabanlarda, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, eləcə də mağaza vitrinləri, binaların fasadları, zibil konteynerləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, ağaclar budanıb.
Təmizlik işləri rayon boyunca davam edib.
[caption id="attachment_116574" align="alignnone" width="640"]
Foto Səbail rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]