Səbail rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq-quruculuq işləri çərçivəsində Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən prospekt və küçələrdə, park və xiyabanlarda ümumi təmizlik işləri aparılıb, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, binaların fasadları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilib.