Səbail rayonunda yerləşən tarixi abidə bərpa olunub. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Tarixi bina Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşir. Abidənin fasadına vurulan rəng təmizlənib, tarixi tikili ilkin görkəminə qaytarılıb. Məsul şəxslər məsuliyyətə cəlb olunublar.
Azərbaycan qanunverciliyinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.