Sosial şəbəkələrdə “Sədərək” ticarət mərkəzinin bağlana biləcəyi və ya başqa ticarət mərkəzlərinin nəzdində fəaliyyətini davam etdirəcəyi ilə bağlı məlumatlar yayılıb. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Olke.az-a istiandən məlumat verir.
Bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən bu günlərdə “Sədərək” ticarət mərkəzində keçirilən yanğın təhlükəsizliyi təlimləri zamanı ciddi nöqsanların müəyyən edilməsi ilə əlaqədardır.
Bundan başqa, sadalanan səbəblər arasında azərbaycanlı alıcıların “Trendyol” vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışın azalması ilə bağlı məlumatlar da geniş müzakirə olunub.
Geniş yayılan açıqlamalarla bağlı “Sədərək” ticarət mərkəzinin nümayəndəsi Kəmaləddin Qədim məlumatın həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, ticərət mərkəzinin ərazisində təlim keçirilib.
Ticarət mərkəzinin nümayəndəsi vətəndaşların xaricdən onlayn alış-verişə üstünlük vermələri səbəbindən satışın azalması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Belə bir məsələ yoxdur. O, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. "Sədərək" TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. “Trendyol”dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, "Sədərək"ə güclü təsir göstərmək imkanında deyil".