Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində sürücülər daim yol hərəkəti qaydalarını pozurlar. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Yayılan növbəti video vətəndaşlar arasında müzakirəyə səbəb olub. İddialara görə, həmin ərazidəki müşahidə kamerası uzun müddətdir işləmir. Bu səbəbdən bəzi sürücülər vəziyyətdən sui-istifadə edərək kobud şəkildə qaydaları pozurlar.
Bildirilir ki, onlar ərazidə “düzünə hərəkət” məcburi istiqamət nişanının tələbini pozaraq, sola dönür və qəza şəraiti yaradırlar.
Ətraflı videoda:
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/sequence-023.mp4"][/video]