Xəzər rayonunda yolda üfüqi nişanlama xətlərinin rənglənməsi işləri aparılır. Bu haqda 5 mart tarixində Bakuplus.az-a məlumat daxil olub.
Maştağa qəsəbəsində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Mehdi Hüseynzadə küçəsində üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılır.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
[caption id="attachment_35843" align="alignnone" width="1920"]
Foto Bakuplus.az[/caption]