Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində 28 iyul tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Açıq qapı” günü keçirəcək.
“Açıq qapı” saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, İcma Resurs Mərkəzlərində və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə təşkil ediləcək.
Görüşdə iştirak etmək üçün vətəndaşlar 012 454 95 52, 012 454 89 60 nömrələrinə zəng edə bilərlər.