Bakının ən böyük yarmarkası sabah fəaliyyətə başlayır. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az yarmarkaya istinadən xəbər verir.
Fəvvarələr Meydanında “Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının açılış mərasimi və 10 illik yubileyi təşkil olunacaq. Bununla əlaqədar meydanda böyük konsert proqramı keçiriləcək.
Tədbir 1 dekabr saat 19:00-da sakinlər üçün açıq olacaq. Giriş sərbəstdir.