Bakının Sabunçu rayonunda qaz təchizatı dayandırılıb. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az məlumat verir.
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Facebook hesabında abonentlərin suallarını cavablandırarkən bildirib ki, ərazidə problemin həll edilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir. Günün sonuna qədər bu işlər tam həyata keçiriləcək.