Bakı şəhəri, Sabunçu rayonunda tərtibat işləri aparılıb. Bu haqda bu gün, 23 dekabr tarixində RİH məlumat verib.
Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sakinlərdə xoş bayram əhvali-ruhiyyəsi yaratmaq məqsədilə rayonunun küçə, prospekt və parklarında tərtibat işləri aparılıb və şam ağacları bəzədilib.