Paytaxtın Sabunçu rayonu, Yeni Ramana küçəsinin Aeroport şosesi ilə kəsişməsində piyada səkisi yoxdur. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən küçə əsas şoselərdən biri ilə kəsişdiyindən burada intensiv hərəkət olur. Yolun kənarlarında yaşayış evlərinin yerləşməsinə baxmayaraq, sakinlər üçün heç bir şərait yaradılmayıb. Onlar evlərindən birbaşa avtomobil yoluna çıxırlar, nəqliyyat vasitələri ilə eyni yolda hərəkət etməli olurlar. Bu da onların həyatını ciddi təhlükəyə atır.
Məsələ ilə bağlı materialları təqdim edirik:
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/01/13.mp4"][/video]