Sabunçu rayonunun bir hissəsində içməli su olmayacaq. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün rayonun Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.