Bakının 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Layihələndirilən Böyükşor–Pirşağı avtomobil yolunun yüksəktəzyiqli magistral qaz kəməri ilə kəsişməsində aparılacaq rekonstruksiya işləri səbəbindən, digər ərazidə isə qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar bir sıra ərazilərdə qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət Sabunçu rayonu üzrə Balaxanı, Zabrat, Bakıxanov qəsəbələrinin bir hissəsini, Ramana qəsəbəsini, Suraxanı rayonu üzrə isə Qaraçuxur qəsəbəsini əhatə edəcək.