Bakının 2 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilişi dayandırılıb.
Məhdudiyyət Sabunçu rayonu üzrə "Sea Breeze" istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağada “Yeni sahə” adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsini əhatə edəcək.