Bakının 2 rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Şuşa şəhərciyini əhatə edən qaz xətti üzərində quraşdırılmış balans sayğacının çıxarılması ilə əlaqədar şəhərcikdə 8000 istehlakçıya qaz verilişi kəsiləcək.
Buzovna qəsəbəsi, Yuxarı və aşağı Buzovnanı təbii qaz ilə təchiz edən qaz xəttləri üzərində 7 ədəd siyirtmənin quraşdırılması səbəbindən qəsəbədə 4000 istehlakçının qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət 15 dekabr saat 10:00-dan etibarən gün ərzində davam edəcək.