Sabunçu rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Azəriqaz-a istinadən xəbər verir.
“Maştağa-Nardaran” əhali orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış siyirtmənin təmiri və yerinin dəyişdirilməsi işləri ilə əlaqədar rayonun bir sıra ərazilərində qazın verilişi dayandırılacaq.
Məhdudiyyət Maştağa qəsəbəsinin Xanlar küçəsinin, Bilgəh Albalılıq və Maştağa Albalılıq yaşayış massivlərinin bir hissəsini əhatə edəcək.