Sabunçu rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Maştağa qəsəbəsi, Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması ilə əlaqədar saat 11:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsi, Xəzər rayonunun Xaşaxuna qəsəbəsində qaz olmayacaq.
Məhdudiyyət işlər bitənə qədər davam edəcək.