Bakının Nərimanov rayonunda qaz təchizatı məhdudlaşdırılacaq. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az məlumat verir.
Sabah, 16 iyun saat 10:00-dan etibarən Z.Bünyadov prospekti və M.Nərimanov küçəsinin kəsişməsində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Böyükşor qəsəbəsi, Daş karxanası və Z.Bünyadov prospektində 1200 istehlakçının qaz təchizatında fasilə yaranacaq.