Bakıda Beynəlxalq Sirk tamaşası nümayiş olunacaq. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Sea Breeze”də keçiriləcək “Monte-Karlo Əfsanələri” adlı tamaşa Sirk Oskarının sahibi Allahverdi İsrafilov tərəfindən qoyulub.
Tamaşada “Monte-Karlo” proqramının gerçək artistləri tərəfindən möhtəşəm akrobatik fəndlər, jonqlyorluq və hündürlükdən nümayişlər göstəriləcək.
Tədbir iyun ayı boyunca bir neçə dəfə təşkil olunacaq. Biletlərin qiyməti 10-30 AZN arası dəyişir.
Cədvəl aşağıdakı kimidir:
[caption id="attachment_138524" align="alignnone" width="640"]
Foto İticket.az[/caption]