Bakıda yenidən Çiyələk Festivalı keçiriləcək. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az xəbər verir.
Tədbirdə aşpazlardan ustad dərsləri, əyləncə proqramı, eləcə də şəhərin yerli brendləri və ən yaxşı restoranları ilə tanışlıqlar olacaq. Bundan əlavə, tədbirdə müxtəlif master-klaslar və müsabiqələr təşkil olunacaq.
Tədbrir 18 may saat 12:00-21:00 arası Sevgi parkında keçiriləcək. Giriş sərbəstdir.