top
Silsilə  qətllər törədən dəstənin başçısı hakim qarşısında – yeyib-içdik, Arifi öldürdük...  
08 iyul 2025, 06:37
- ↺ +

Silsilə  qətllər törədən dəstənin başçısı hakim qarşısında – yeyib-içdik, Arifi öldürdük...  

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

3 nəfərin qətlində, həmçinin oğurluq, quldurluq, sənəd saxtakarlığı və sərhədi qanunsuz keçməyə cəhd də daxil olmaqla bir sıra ağır cinayətlərdə təqsirləndirilən Xalid Tağıyevin növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xalid Tağıyev sərbəst ifadə verib.
İttiham üzrə özünü təqsirli hesab edən müttəhim bildirib ki, həbs olunmazdan əvvəl Ukraynada qardaşının pasportu ilə yaşayıb:
“Orada işləyirdim. Ukraynada qardaşım Yusif Tağıyevə məxsus sənədlərlə yaşayırdım. Azərbaycana qayıdanda da qardaşıma aid sənədlə keçdim. İdris Kərimovu, Eldar Məmmədovu əvvəldən tanıyırdım. Quldurluq üçün girdiyimiz Məmməd Hacıyevin evinə Arif istiqamətləndirmişdi. Pəncərəsiz eyvandan daxil olduq. Evdə olan kişinin əl-qolunu bağladıq. Sonra işgəncə verməyə başladıq. Bədənin bir sıra nahiyələrinə xəsarət yetirdik, öldürdük. Sonra yeyib-içməyə getdik. Yeməkdən sonra Arifi öldürmək istədik ki, birdən cinayəti başqasına deyər.  Bir az keçəndən sonra Arif söyüş söydü. Ona görə başladıq Arifi döyməyə. Daha sonra bel ilə Arifə xəsarət yetirdik, işgəncə verdik. Gördük ki, ağzından qan gəlir və can verir. Qonşu Cavanşirin bağında  2 metr dərinliyində məzar qazdıq. Arifi orada basdırdıq. Hadisədən heç kimin xəbəri olmadı. 1999-cu ildə isə “Makarov” tipli tapança ilə Zahidi öldürdüm. Həmin an İsmayıl da atəş açmışdı”.

Zərərçəkmişin hüquqi varisi Vahid Vəliyev təqsirləndirilən şəxs Xalid Tağıyevdən qardaşı Zahid Vəliyevi niyə öldürdüyünü soruşduqda, onu pula görə öldürdüyünü bildirib. Proses zərərçəkmişin hüquqi varisi Vahid Vəliyevin ifadəsi ilə davam edib.

Vahid Vəliyev hadisədən əvvəl təqsirləndirilən şəxsi tanımadığını qeyd edib.

“Mən əvvəl onu tanımırdım. Hadisə 1999-cu il 11 sentyabrda baş verib. Həmin gün evə gedirdim. Qonşumuz zəng elədi, xəbər verdi. Qardaşımı xəstəxanaya aparırdılar. Mən çatanda artıq gec idi, ölmüşdü. Hadisədən 1 həftə sonra cinayət işi açıldı. Bütün məhkəmə proseslərində iştirak etmişəm. Ümumilikdə 7-8 nəfərlik dəstə idilər. Dəstənin təşkilatçısı Eldar Məmmədov idi.  Hətta Eldar onları silahla da təmin edirdi. Eldar özü hadisə yerində olmasa da, planları cızan məhz o olub. Məhkəmədə isə 5 nəfər cəzalandırıldı. İsmayıl Məmmədov və İlham Əzizova ömürlük həbs cəzası verildi. İndi də Xalid Tağıyev üçün ən ağır cəzanın verilməsini tələb edirəm”.

Növbəti məhkəmə iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin  2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70 (qəsdən adam öldürmə) 94.1 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 94.6 (iki və ya daha çox şəxsi öldürmə) 94.7 (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə), 94.8 (başqa cinayəti gizlətmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədilə adam öldürmə), eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd) 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə)və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya satma, habelə belə sənədlərdən istifadə etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

 

Son xəbərlər

Xəbər
Bu gün, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
Bu gün, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
Bu gün, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
Bu gün, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
Bu gün, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
Bu gün, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
Bu gün, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
Bu gün, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
Bu gün, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
Bu gün, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
Bu gün, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
Bu gün, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Xəbər
Bu gün, 10:18

"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

Xəbər
Bu gün, 09:39

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəbər
Bu gün, 09:34

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi

Aktual Xəbərlər
Dünən, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Dünən, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Dünən, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Dünən, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Dünən, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Dünən, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Dünən, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Dünən, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Dünən, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Oxşar xəbərlər