Bakıda “Son zəng” günü avtoxuliqanlıq edən və sürücülük hüququ olmayan yeniyetmələrin hərəkətləri ilə bağlı araşdırma aparılıb. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən edilərək, müvəqqəti mühafizə olunan dayanacağa götürülüb.
“Son zəng” günü sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq, barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib. Həmin gün yeniyetmələr tərəfindən törədilən yol-nəqliyyat hadisələri qeydə alınmayıb.