top
İsti havalarda 49 saylı avtobusda niyə kondisioner işləmir? – Açıqlama
03 iyul 2024, 07:39
- ↺ +

İsti havalarda 49 saylı avtobusda niyə kondisioner işləmir? – Açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda sərnişinlər 49 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsündən şikayət edirlər. Müvafiq video sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.

Vətəndaşlardan birinin sözlərinə görə, gediş haqqı artırılsa da, avtobusda komfortlu şərait yoxdur. Xüsusilə insanlar kondisionerlərin işləməməsindən və salonda havasızlıqdan şikayətlənirlər.

“AzlandPlaza” daşıyıcı şirkətinin rəhbəri Bəhruz Tağıyev bildirib ki, adıçəkilən marşrut xətti üzrə avtobuslarda kondisioner sistemlərinin nasazlığı ilə bağlı deyilənlər əsassızdır.

"Avtobuslarımız "Avro-5" standartlarına cavab verir. Kondisioner sistemi də işlək vəziyyətdədir. Əgər hər hansı bir nasazlıq olsa, nəqliyyat vasitəsinə dərhal baxış keçirilir və texniki problem aradan qaldırılır. Nəzərə almaq lazımdır ki, havalar həddən artıq isti keçir. Sərnişinlər arasında isə yaşlılar, səhhətində problem olanlar var. Avtobuslar hər 500 metrdən bir qoyulan müvafiq dayanacaqlarda dayanır, qapılar açılır. Elə sərnişin var ki, avtobus çox soyuq olduğu üçün kondisionerin söndürülməsini xahiş edir. Elə sərnişinlər də var, isti üzündən kondisionerin yandırılmasını istəyir.

Sürücü də hər bir halda sərnişinlərin xahişini mümkün qədər nəzərə almağa çalışır. Görüntülərdə pəncərənin açıq olduğu görünür. Bəzən sərnişinlər pəncərəni açır, düşən zaman isə bağlamırlar. Sürücü də fiziki olaraq hər sərnişin düşdükdən sonra pəncərələrin açıq olub-olmadığını yoxlaya bilməz. Pəncərələr açıq olduğu zaman kondisionerə də güc düşür, işləsə belə, sərnişinlər işləmədiyini deyirlər. Ona görə bəzən bu cür anlaşılmazlıqdan dolayı belə görüntülər ortaya çıxır. İstəsəniz, istənilən avtobusumuza minib gün ərzində çəkiliş edib, kondisionerlərdə problem var, yoxsa yox, özünüz yoxlaya bilərsiniz".

Son xəbərlər

Siyasət
Bu gün, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Bu gün, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Bu gün, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Bu gün, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Bu gün, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Bu gün, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Oxşar xəbərlər