Paytaxtın Səbail rayonunun İstiqlaliyyət küçəsində təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az xəbər verir.
Küçədə köhnə asfalt örtüyü qaşınıb, avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulub. Sözügedən küçə ilə kəsişən Adil Babayev, Murtuza Muxtarov və Zərgərpalan küçələrinə də buradan giriş-çıxış bağlanıb.
Ərazidə xüsusi texnikalar var.
[URIS id=90758]