Suraxanı rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Qaz xəttinin yeraltı hissəsində aşkar olunmuş sızmanın ləğv olunması, Əmircan qəsəbəsinin Park küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Atamoğlan Rzayev küçəsində xəttin hündürlüyə qaldırılması və istismara yararsız siyirtmələrin yeniləri ilə əvəz olunması işləri aparılacaq.
Bununla əlaqədar 28 mart saat 10:00-dan etibarən Bahar, Dədə Qorqud qəsəbələri, Suraxanı qəsəbəsinin Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində 4000 abonentin qaz təchizatı dayandırılacaq.