Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Ana və Uşaq” istirahət parkının uzun illərdir ki, tikintisi yarımçıq qalıb. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Space TV-yə istinadən məlumat verir.
Parkın ərazisində yerləşən yarı tikilinin qaranlıq zirzəmisi zibil poliqonuna çevrilib.
Parkın ümumi sahəsi 1,2 hektar ərazini əhatə edir. 10 ildir tikintisi yarımçıq qalan bu ərazinin aqibətinin necə olacağı sual altındadır.
Məsələ ilə bağlı Suraxanı RİH-dən bildirildi ki, parkın yenidən qurulması məqsədilə dövlət büdcəsindən tam vəsaitin ayrılması 2014-cü ildən sonra dayandırılıb. Bu səbəbdən də ərazidə tikinti-quraşdırma işləri aparılmır.
[caption id="attachment_92946" align="alignnone" width="640"]
Foto Space Tv-nin rəsmi Youtube kanalı[/caption]